KÖŞƏ

Vəli İlyasov

“Erməni soyqırımı” uydurma və böhtandır

27 aprel 2021 21:48
1516

Daim Azərbaycan və Türkiyə torpaqlarına göz dikən soysuz erməni millətçiləri “türksüz Ermənistan” uğrunda əsrlər boyu gizli və bəzən açıq mübarizələr aparmış, “dənizdən-dənizə” böyük imperiya yaratmaq üçün türk xalqlarına qarşı soyqırımı siyasəti yeritmişlər. Onlar XIX əsrin sonlarında başqa dövlətlərin köməyi ilə Türkiyənin bir neçə vilayətində qırğınlar törətsələr də məğlubiyyətə uğradıldıqdan sonra bir müddət susmalı olmuşlar.

XX yüzilliyin əvvəllərində fürsətcil erməni quldur dəstələri Çar Rusiyası tərəfindən silahlandırılaraq Azərbaycanda Bakı, Şuşa, İrəvan və Naxçıvan şəhərlərində, Qarabağda, Borçalıda, Qazaxda, Zəngəzurda, Gəncədə, Qubada, Tiflisdə və başqa yerlərdə  azərbaycanlıları kütləvi şəkildə amansızcısına məhv etdilər. 1905-1907, 1918-1920, 1948-1953 və 1988-1994-cü illərdə Azərbaycan xalqının başına gətirilən müsibətlər əslində soyqırımı siyasətidir. Beləliklə, XX yüzillikdə Azərbaycan xalqı 4 dəfə soyqırımına məruz qaldı və nəticədə 2 milyondan çox azərbaycanlı bu məkrli siyasətin günahsız qurbanı oldu.

 Tarixdən məlumdur ki, “erməni məsələsi” Şərq məsələsinin tərkib hissəsi kimi meydana gəlmiş və hegemon dövlətlər özlərinin işğalçı məqsədlərini həyata keçirmək üçün ondan bir vasitə kimi istifadə etmişlər. Şərq məsələsinin mahiyyəti isə Osmanlı imperiyasının torpaqlarının bölüşdürülməsindən, Türkiyənin bir dövlət kimi məhv edilməsindən, onun torpaqları hesabına erməni bufer dövlətinin yaradılmasından ibarət idi. Habelə həmin məsələ Şərqə yiyələnmək uğrunda Rusiya və Qərb dövlətlərinin işğalçılıq planları idi.

İkibaşlı Şərq siyasətinin həyata keçirilməsi üçün ermənilərdən istifadə edildi və Türkiyə ərazisində yaşayan ermənilər əsas dayaq seçildi. Birinci Dünya müharibəsi zamanı Antanta dövlətləri müharibədə Almaniya tərəfindən çıxış edən Türkiyəyə təzyiq göstərməyə başladılar. Bu təzyiq getdikcə gücləndi, hətta, 1914-cü il oktyabrın 29-da Rusiya Türkiyəyə müharibə elan etdi. Belə bir vaxtda Türkiyə ərazisində yaşayan ermənilər böyük bir ordu yaradıb Rusiyanın fəal köməyi ilə silahlandılar və hər yerdə türkləri qırmağa başladılar.

Erməni silahlı dəstələri vəziyyətdən istifadə edərək ölkə daxilində türkləri qəddarcasına doğrayır, tonqallarda yandırır, gözlərini çıxarır, başlarının dərsini soyur, kürəklərinə qaynar samovar bağlayır, hamilə qadınların qarınlarını yarıb körpələri nizəyə keçirirdilər. Ermənilərin bu vandalizmi nəticəsində o vaxt 600 min türk öldürüldü. Təbii ki, Türkiyənin başı bu zaman müharibəyə qarışdığı üçün daxildəki proseslər diqqətdən yayınmışdı. Bir neçə dövlətin ordularına qarşı vuruşan Türkiyə tamamilə məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı, cəbhələrdə vəziyyət son dərəcə ağır idi.

Ancaq hadisələri belə görən Türkiyə dövləti və türk hərbi komandanlığı erməni cəlladlarına cavab vermək məcburiyyətində qaldı. Aparılan əməliyyat nəticəsində 200 min erməni Türkiyədən ölkənin cənub hissələrinə, o cümlədən İraq, Suriya və digər bölgələrə köçürüldü. Köçürülən ermənilərin bir hissəsi Qarabağda, Qərbi Azərbaycanda (indiki Ermənistanda), Bakıda məskunlaşdırıldı. Göründüyü kimi, baş verən qırğınların başlıca günahkarı ermənilər olsa da daha çox ölən və yaralananlar isə türklər olmuşlar. Zaman keçdikcə ermənilər tarixi faktları saxtalaşdıraraq və ölən ermənilərin sayını süni surətdə şişirdərək əvvəlcə 300 minə, sonra 800 minə, daha sonra isə 1,5 milyona qaldırdılar. Halbuki 1914-cü ildə Türkiyə ərazisində cəmi 1 milyon 295 min erməni yaşamışdır ki, bu da ümumi əhalinin  cəmi 6,9 faizini təşkil edirdi.

Yaddan çıxarmamalıyıq ki, erməni quldurları 1916-cı il mayın 11-də Türkiyənin Malazgird şəhərində 20 min adamı vəhşicəsinə öldürmüş, mayın 22-də Van şəhərində 15 min adamı məhv etmiş, 1000 körpəni boğmuşdular. 1918-ci ilin yanvarında Türkiyənin Qətranlı kəndində 1400 uşağı bir yerə yığaraq diri-diri yandırmışdılar. Martın 17-də Urmiyada 10 min dinc sakini işgəncə ilə öldürmüşdülər. XX əsrin əvvəllərində ermənilərin törətdikləri qanlı hadisələr zamanı 2,5 milyon müsəlman öldürülmüşdür.

Erməni millətçiləri və onların daşnak rəhbərləri o vaxtdan bu günə qədər bar-bar bağıraraq hadisələri saxtalaşdırır və 1915-ci ilin 24 aprel gününü  “erməni soyqırımı” kimi qələmə verməyə çalışırlar. Təəssüf ki, tarixdən bixəbər olanlar və ya o hadisələrin obyektiv təhlilini bacarmayanlar bu yalançı təbliğata inanırlar. Ancaq fakt faktlığında qalır, tarix isə olanların canlı şahididir. Faktlar isə göstərir ki, ermənilər zaman-zaman türklərə qarşı soyqırım siyasəti aparmışlar. Ona görə də türklərin itkisi qat-qat çox olmuşdur. Bunu ermənilər də çox yaxşı bilirlər. Bəs nəyə görə ermənilər çirkin böhtandan əl çəkmir və “erməni soyqırımı”nı türklərin boynuna zorla və həyasızcasına qoymağa çalışırlar? Bunun cavabı ABŞ-dakı erməni liderlərindən biri Rossi Vartanyanın fikirlərindən də aydın görünür. O deyir: “Soyqırım layihəsi qəbul edilsəydi, bunu əldə rəhbər tutub Türkiyədən əvvəlcə təzminat, sonra da Qara dəniz sahillərinə sərhəd olan Şərqi Anadoluda bir erməni dövlətinin qurulması üçün torpaq tələb edərdik”.

ABŞ alimləri Castin Makkarti və Karolin Makkarti tarixi faktlara əsaslanaraq belə bir obyektiv nəticəyə gəlmişlər ki, erməni soyqırımı uydurma və böhtandır. Adı çəkilən müəlliflər “Türklər və ermənilər” adlı tədqiqat əsərində sübut edirlər ki, Şərqi Anadoluda təşkil olunmuş soyqırım olmamışdır. Əslində, erməni daşnak quldur dəstələri özləri Türkiyədə, İranda, Azərbaycanda, Qafqazda türkləri vəhşicəsinə qırıb məhv edirdilər. Tarixi faktlardan məlumdur ki, daşnak generalı tayqulaq Andronik Ozanyan Zəngibasar, Qəmərli, Vedibasar, Şərur, Naxçıvan ərazisində, quldur general Dro Dərələyəz mahalında, qaniçən general Silikov Göyçə mahalında, general Njde Zəngəzur mahalında azərbaycanlıları  qırmağı öhdələrinə götürmüşdülər. Castin Makkarti “Soyqırım olmuşdurmu?” əsərində göstərir ki, XX əsrin yalnız birinci rübündə ermənilərin törətdiyi qırğınlarda 2 milyona yaxın türk qırılmış, yaralanmış və öz dədə-baba torpağından qovulmuşdur.

Erməni terrorçuları saysız-hesabsız qanlı cinayətlər törətmiş, müxtəlif vaxtlarda Azərbaycanın və Türkiyənin görkəmli dövlət və ictimai-siyasi xadimlərini, diplomatlarını vəhşicəsinə öldürmüşlər. Erməni cinayətkarları 1920-ci ildə F. X. Xoyskini, N. Yusifbəylini, X. Xasməmmədovu, H. Ağayevi, Tələt Paşanı, Səid Həşim Paşanı, Behbud xan Cavanşiri, 1922-ci ildə Osmanlı dövlətinin keçmiş Nazirlər Şurasının sədri Bahəddin Şəkəri, professor Camal Əzmini və bir çox başqalarını vəhşiliklə öldürmüşlər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  xalqımıza müraciətində deyildiyi kimi, erməni ideoloqları tərəfindən uydurulan “böyük Ermənistan” dövləti yaratmaq üçün xalqımızın tarixi kobud şəkildə saxtalaşdırılmış, uydurma tezislər və yalançı faktlarla dünya ictimaiyətini aldatmışlar. Siyasi-ideoloji təxribat və dezinformasiya sahəsində çoxillik təcrübəsi olan erməni millətçi ideoloqları xalqımıza qarşı daha məkrli metodlarla təbliğat aparmışlar və bu gün də bu avantürist siyasətdən əl çəkmirlər. Onlar Qarabağ müharibəsində məğlub olsalar da, basdırdıqları minalarla terroru hələ də davam etdirirlər. İndi ABŞ, Co Bayden və onun kimiləri ermənilərin canavar sifətlərini quzu cildində təqdim etməyə çalışsalar da maskalarının altındakı yırtıcı sifəti bütün dünya yaxşı tanıyır və tüpürür. Müxtəlif yüzilliklərdə yaşamış böyük dövlət adamlarının, şairlərin, yazıçıların və diplomatların ermənilərin mürdar məxluqlar olmaları barədəki fikirləri bəs edər ki, yeni nəsillər də onların alçaq toplum olduğunu bilsinlər.