22 sentyabr 2021 16:27
1084

Rusiyada Ai-95 markalı benzinin qiyməti rekord həddə bahalaşıb

Rusiyada "Premium-95" (Ai-95) markalı benzinin qiyməti birjalarda tarixi rekordu yeniləyib.

“İki sahil” xəbər verir ki, benzinin qiyməti bu gün 0,6 faiz artaraq, bir ton üçün 60 min rublu (824 dollar) ötüb.

Sonuncu dəfə Aİ-95 60 min rubl həddini iyulun 22-də keçmişdi. Qeyd olunur ki, bu markanın qiyməti sentyabrın 15-dən bahalaşmağa başlayıb. Bu müddət ərzində qiymət 3,2 faiz artıb

Eyni zamanda, Rusiya birjalarında Ai-92 markalı qiyməti də 0,2 faiz bahalaşaraq 56 min rublu keçib.