Vəli İlyasov |
Ermənilər özlərini dünyaya sivil millət kimi sırımaq istəsələr də alınmır
Cəmi yüz səksən il əvvəl gəlib Azərbaycan torpaqlarına bit-birə kimi daraşmış ermənilər min il əvvəl əcdadlarımızın tikdikləri qəsrləri, dini abidələri öz adlarına çıxmaqdan heç də utanmırlar. Belə qara və saxta işlərdə onların mahir olduqları düyaya bəllidir. Tarxi saxtalaşdırmaqda usta olan ermənilər hətta “irəli” gedərək saxta faktlar və dəlillər hazırlayan sexlər də açmışlar. Belə ki, qarətçilər qədim yazılı daş kitabələrimizi və abidələrimizin rəmzlərini söküb Ermənistana daşıyaraq həmin sexlərə aparır, orada xüsusi ustalar onların üzərində işləyir və “erməniləşdirərək” öz yerinə qaytarırlar. Sonra dünyaya haray-həşir salırlar ki, guya bu abidələri onların ata-babaları tikiblər.
Xatırlayırsınızsa, keçən il II Qarabağ müharibəsi bitər-bitməz erməni keşişləri cumdular alban kilsələrinə və dünyaya mesajlar göndərməyə çalışdılar ki, erməni kilsələrini ziyarət etməkdə Azərbaycan Ordusu guya onlara mane olur. Xudavəng monastrında yuva salmış keşişləri oradan uzaqlaşdıranda hay-küy qaldırmışdılar. Ermənilər bu iyrənc əməllərindən heç vaxt əl çəkməyiblər və indi də əl çəkmirlər.
Ermənilərin Kəlbəcərdəki Xudavəng monastrından sonra saxta dəlillərlə istinad etdikləri ikinci əsas tarixi abidə Amaras monastrıdır. Qeyd etməliyik ki, işğaldan azad olunmuş ərazilərimizdə heç vaxt ermənilərin tarixi-dini abidələri olmayıb. Amaras monastrı xalqımızın tarixi və milli-mənəvi dəyərləri baxımından xüsusi əhəmiyyətə malik abidələrindəndir. Monastrı hətta SSRİ zamanında və ondan da əvvəl həm xristian, həm də müsəlman əhalisi ziyarət edib, ona hörmətlə yanaşıblar. Tərtər payonunun Talış kəndində olan alban kilsəsi həm yerli azərbaycanlılar, həm də buraya sonradan köçüb gələn ermənilər tərəfindən ziyarət edilirdi. Dünya tarixində belə nümunələrə nadir hallarda rast gəlinib, yəni Allahın evi kimi bir məbədi müxtəlif dinlərə inananlar ziyarət ediblər. Bu məsələnin kökündə isə o dayanır ki, Amaras monastrı qədim Albaniya dövləti zamanında burada yaşayan türkdilli xalqlar tərəfindən inşa edilib. Lakin bu abidə və digər tarixi-dini abidələrimiz bizim ortaq dəyərimiz kimi əsrlərlə dəyişən nəsillər tərəfindən qorunub saxlanılıb. Ümumiyyətlə, tam əminliklə deyə bilərik ki, bizim işğaldan azad edilən ərazilərimizdə tarixin heç bir dövründə erməni xaç daşları, erməni abidəsi olmayıb. Onların indi xristian kilsələri kimi istinad etdikləri Şuşada olan iki kilsə isə rus provoslav kilsələridir. Həmin kilsələr XIX əsrin əvvəllərində Azərbaycanın qərb torpaqlarının çar Rusiyası tərəfindən işğal edilməsindən sonra tikilib. Məlumdur ki, o zaman çar Rusiyasının qoşunları Azərbaycanın hər yerində, o cümlədən də Şuşada yerləşdirilib. Qarabağın hakimi İbrahimxəlil xanı ailəsi ilə birlikdə öz sarayında qəddarlıqla qətlə yetirən cəllad mayor Lisaneviçin komandirliyi ilə əvvəl 500 nəfərlik qarnizon yaradılıb, sonra onların sayı 2000-ə çatdırılıb. Buna görə həmin kilsələr də rus əsgər və zabitlərin ibadəti üçün inşa edilib. Bundan 25-30 il sonra xaricdən köçürülüb həmin ərazilərə gələn ermənilər saxtakarlıqlarla məşğul olmağa, ərazilərimizi və abidələrimizi erməniləşdirməyə başlayıblar.
Hələ bu ilin may ayından etibarən Qarabağda rus sülhməramlılarının nəzarət etdikləri ərazilərdə saxta alban xaç daşları istehsal edən sexləri fəaliyyətə başlayıb. Xocalı rayonunun ərazisində yerləşən Əsgəran qalasında, eyni zamanda Xocavənd rayonundakı Amaras monastrında separatçılar tərəfindən “təmir” adı altında aparılan və yarımçıq qalan erməniləşdirmə işləri yenidən bərpa edilib. Monastrın “təmiri” üçün vəsait məsələsini isə İranın tarixi kilsə mərkəzinin direktoru, əslində isə terrorçubaşı olan Şerj Avetyan həll edib. O, saxta tarix düzəldənlərə külli miqdarda pul ayırıb. Ermənistan mətbuatının 31 iyulda verdiyi məlumata əsasən, qondarma rejimin nümayəndəsi ilə keçirilən görüşdə tərəflər bu barədə razılığa gəliblər. Həmin vəsaitlə Amaras monastrının tağlarında, içərisindəki komponentlərdə, xarici görünüşündə dəyişiklik aparılıb.
Ancaq bu dəyişikliklərə ehtiyac yoxdur, başqasının tarixini oğurlamaqla və dəyişməklə tarix yaratmaq olmaz, çünki bu dünyada sirli heç nə qalmır, gec-tez açılır. Həm də alban feodalı Həsən Cəlal və onun övladlarının inşa etdikləri bütün monastr və kilsələri erməniləşdirə bilməzlər. Çünki Gəncədə, Kəlbəcərdə, Tərtərdə, İsmayıllıda və digər rayonlarımızda olan alban abidələri olduğu kimi saxlanır və dövlət tərəfindən qorunur. Belə görünür ki, bizim məbədləri yox, ermənilər öz başlarını “təmir” etsələr daha ağıllı bir iş görmüş olardılar.
Eqoizmdən başqa bu dünyada heç nəyi olmayan ermənilər qeyri xalqların milli-mədəni və tarixi abidələrini oğurlamaqla özlərini dünyaya sivil millət kimi tanıtmağa çalışırlar. Ancaq özlərinə nə qədər boya vursalar da yapışmır və yaraşmır. El arasında belə bir zərb-məsəl var: Deyirlər ki, heyvanların məclisində eşşək kamançanı götürüb çalmaq istəyir. Ancaq kənardan baxanlar gülüb: -“Qoy yerə, o baş-qulaq kamançaya yaraşmır”-deyirlər.