10 mart 2022 08:26
1026

WhatsApp mesajların yönləndirilməsinə məhdudiyyətlər tətbiq edir

WhatsApp messenceri mesajların yönləndirilməsinə məhdudiyyətlər tətbiq edir.

"İki sahil" xəbər verir ki, adıçəkilən dəyişikliklər "Android" əməliyyat sistemli smartfonları əhatə edəcək.

Yeniləmədən sonra bir mesajı eyni anda bir neçə çata göndərmək olmayacaq. Bunu etmək üçün hər göndəriş üçün hərəkətləri təkrar yerinə yetirməli lazım olacaq.

Qeyd edək ki, WhatsApp dezinformasiyanı məhdudlaşdırmaq üçün iki il əvvəl mesaj yönləndirmə məhdudiyyətlərini tətbiq etmişdir.