24 mart 2023 22:13
358

İranda zəlzələ nəticəsində 165 nəfər yaralanıb

İranda zəlzələ nəticəsində yaralananların sayı 165-ə çatıb.

“İki sahil” xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Xatırladaq ki, bu gün səhər İranda 5,3 bal gücündə zəlzələ qeydə alınıb.

Təbii fəlakətin episentri İranın Xoy şəhərindən 35 km cənubda (əhali sayı təxminən 175 min nəfər) yerləşib.

Yeraltı təkanlar Naxçıvan Muxtar Respublikası və Türkiyənin sərhəd ərazilərində də hiss olunub.