Tayvan bu gün tarixində ən böyük hərbi təlimə başlayıb. O, həmişəkindən iki dəfə artıq olmaqla on gün davam edəcək və təlimdə rekord sayda - 20.000 ehtiyatda olan hərbçi iştirak edir.
“İki sahil” xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Təlim adətən cəmi beş gün davam etsə də, bu təlim iyulun 18-də başa çatacaq.