02 iyul 2024 09:58
149

Krasnoyarskda iki işçi tikinti sahəsində yeddinci mərtəbədən yıxılıb, sağ qaldı

Krasnoyarskda tikinti sahəsində iki işçi yeddinci mərtəbədən liftin şaxtasına düşərək sağ qalıb.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Krasnoyarsk diyarı və Xakasiya üzrə Baş İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb.

“Bu gün təxminən saat 11:00-da Rusiya İstintaq Komitəsinin Krasnoyarsk diyarı və Xakasiya Respublikası üzrə Baş İstintaq İdarəsinin istintaq orqanlarına iki işçinin yıxılması barədə məlumat daxil olub. Krasnoyarsk şəhərinin Sudostroitelnaya küçəsində tikilməkdə olan inzibati binanın 7-ci mərtəbəsindən lift şaxtasında iş zamanı təhlükəsizlik qaydalarının pozulması ilə bağlı prosessual yoxlama aparılır”, məlumatda qeyd edilib.

İlkin məlumatlara görə, iki nəfər Krasnoyarskda klinikanın tikintisi üçün tikinti sahəsində yeddinci mərtəbə səviyyəsində hündürlükdə iş görərkən liftin şaxtasına düşüb: “Hadisə nəticəsində 2005 və 2002-ci il təvəllüdlü kişilər baş və bədən xəsarətləri alaraq xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, onlara lazımi tibbi yardım göstərilib”.

Krasnoyarsk diyarının prokurorluğu əlavə edib ki, zərərçəkənlər tikintidə subpodrat müqaviləsi əsasında işləyiblər: “Prokurorluq tərəfindən iş zamanı əməyin mühafizəsi tələblərinə əməl olunması yoxlanılacaq. Yoxlama zamanı prokurorluq tərəfindən zərərçəkmişlərə və onların yaxınlarına göstərilən dəstəyin tamlığı və vaxtında verilməsi, o cümlədən qanunvericiliklə nəzərdə tutulmuş kompensasiyaların ödənilməsi qiymətləndiriləcək".

Məhərrəm Ağalaroğlu, “İki sahil”