02 iyul 2024 10:54
136

Ermənistanda hava limanında bomba xəbərdarlığı edilib

Ermənistanda Gümrü şəhərinin Şirak aeroportuna partlayıcı qurğu qoyulması barədə polisə məlumat daxil olub.

“İki sahil” xəbər verir ki, bununla bağlı Ermənistan Daxili İşlər Nazirliyi açıqlama yayıb. Qeyd edilir ki, hava limanının əməkdaşları təxliyə olunub.

Hazırda ərazi mühasirəyə alınıb və polis araşdırma aparır.