06 sentyabr 2024 23:58
254

"Ağ ölüm" - Bəşəri bəla

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Prpqramı” nın məqsədi respublikada narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğatı, ictimai maarifləndirmə işinin əhatəsinin genişləndirilməsi, müasir infonmasiya texnologiyalarının imkanlarından istifadə olunmaqla, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərinmüalicəsi və reabilitasiyası istiqamətində müasir texnologiyaların və yeni üsulların tədbiqi, bu sahədə qanunvericiliyin təkminləşdirilməsi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, beynəlxalq təcrübədən istifadə etməklə ixtisaslaşmış seminarların keçirilməsi və digər genişmiqyaslı məsələlərdən ibarətdir.

Tovuz Rayon İcra Hakimiyyətində Narkomanlığa və Narkotik Maddələrin  Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyası və Müsadirə edilmiş narkotik vasitələrin və onların prekursorlarının məhvetmə Komissiyası yaradılmış, hər bir komissiyanın üzvlərinin mobil və iş telefonları rayonun “Tovuz” qəzetində dərc edilərək əhalinin nəzərinə çatdırılmışdır. Müraciət edən hər bir vətəndaşa  komissiya üzvləri ilə əlaqə saxlamaq üçün lazımi şərait  yaradılmışdır.

Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya  rayon Polis və Təhsil şöbələri, rayon Mərkəzi Xəstəxanası, Gənclər və idman idarəsi, Ağstafa Regional Mədəniyyət İdarəsinin  rayon nümayəndəliyi ilə birgə əlaqəli iş quraraq narkomaniya və onun doğurduğu fəsadlar barədə əhalinin maarifləndirilməsi məqsədi ilə bir sıra tədbirlər həyata keçirmişdir.  Komissiyanın təsdiq olunmuş İş planına uyğun olaraq narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında qanunvericiliyin müddəalarının və tələblərinin öyrənilməsi, həyata keçirilən tədbirlərin lazımi effekt verməsi, qarşıya çıxan problemlərin həlli və aidiyyəti təşkilatların imkanlarının əlaqələndirilməsini təmin etmək məqsədi ilə, keçirilən iclaslarda aidiyyəti dövlət, idarə və təşkilatlar tərəfindən görülmüş işlər müzakirə edilmiş, müvafiq qərarlar qəbul edilərək onların icrası nəzarətdə saxlanılmışdır.

Tovuz  Rayon Gənclər və İdman İdarəsi narkomaniyaya meyilliliyin aradan qaldırılması üçün gənclər arasında asudə vaxtın daha səmərəli təşkil etmək üçün şəhər və kəndlərdə, idman məktəblərində və ümumtəhsil müəssisələrində müxtəlif görüşlər keçirmiş və maarifləndirmə işləri aparmışdır. Göprüşlərdə gənclərin təklifləri dinlənilmiş, onların problemləri ilə maraqlanılmış, yerli icra nümayəndələri, bələdiyyələr, hüquq mühafizə orqanları, təhsil və səhiyyə şöbələri ilə birlikdə müxtəlif tədbirlər və seminarlar keçirilmişdir.

Rayonun ümumtəhsil məktəblərində “Narkomaniya və QİÇS-ə qarşı mübarizənin yolları və maarifləndirmə” mövzusunda seminarlar təşkil edilmişdir. Keçirilən tədbirdə ictimaiyyət nümayəndələri ilə yanaşı, din xadimləri də iştirak etmişlə. Ümumiyyətlə, rayonda mütəmadi olaraq “Narkomaniya – ağ ölüm” adlı maarifləndirici tədbirlər keçirilir.

Rayonda hüquqpozmalara meyilli olan yetkinlik yaşına çatmayanlar və gənclər yaşayış yeri və təhsil aldığı məktəbdə profilaktik qeydiyyata götürülür, onlarla mütəmadi olaraq rayon Polis şöbəsi, Gənclər və idman idarəsi və Təhsil şöbəsi tərəfindən söhbətlər aparılır, qabaqlayıcı profilaktik tədbirlər həyata keçirilir. Narkomanlığın yaşadığımız cəmiyyətə ziyanı, bu bəla ilə mübarizə, təbliğat və maarifləndirmə işinin gücləndirilməsi, narkomanlığın müalicəsi və sağlam mühitə qaytarılması, eləcə də digər aktual problemlərlə bağlı rayonun ümümtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinə bir sıra mühazirələr oxunmuşdur. Təkcə cari ilin ötən dövrü ərzində rayonun 22 məktəb və təhsil müəsissələrində maarifləndirmə işləri aparılmışdır.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Tovuz Rayon Komissiyası tərəfindən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın, habelə qarşıya qoyulmuş digər vəzifələrin icrası istiqamətində məqsədəmüvafiq tədbirlər davam etdirilir.

Rəşad Zeynalov,
Tovuz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini,
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri