Norveç Sahil Mühafizəsi göyərtəsində rus ekipajı olan "Silver Dania" gəmisini saxlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə cümə günü Norveç polisinin mətbuat xidməti məlumat yayıb.
Polisin məlumatına görə, gəmi Latviya və İsveç arasında Baltik dənizində fiber-optik kabelin zədələnməsi ilə bağlı insidentdə iştirak edə bilər. Hazırda gəmidə axtarışlar, dindirilmələr və sübutların toplanması işləri aparılır.
Məlumata görə, göyərtəsində rusiyalı ekipajın olduğu gəmi Latviya hakimiyyətinin qanuni sorğusu, habelə Norveçin Nord-Troms və Senja rayon məhkəməsinin qərarı əsasında saxlanılıb. Gəminin özü Norveçdə qeydiyyatdadır və Sankt-Peterburqla Murmansk arasında işləyir.
“Gəminin Baltik dənizində Latviya və İsveç arasında olan fiber-optik kabelə ciddi ziyan vurması ilə bağlı şübhələr var. Polis gəmidə axtarışlar, sorğu-suallar və sübutların toplanmasından ibarət əməliyyat keçirir”, - deyə məlumatda bildirilir.