ABŞ səlahiyyətliləri Çin startapı DeepSeek-in süni intellekt texnologiyaları üçün çiplərin satışı ilə bağlı ABŞ-ın məhdudiyyətlərindən yayınaraq Nvidia mikroprosessorlarını alıb-almadığını araşdırır.
“İki sahil” "Bloomberg"ə istinadla xəbər verir ki, FTB ekspertləri hesab edirlər ki, DeepSeek qabaqcıl Nvidia mikroçipləri əldə edə bilər. Ehtimal edilir ki, bunun üçün Sinqapurdakı vasitəçilərdən istifadə edilib.
DeepSeek bununla bağlı "Bloomberg"in sorğusuna cavab verməyib.
DeepSeek bazar ertəsi R1 chatbotunu elan edib. Bunadna sonra Amerika və Avropa çip istehsalçılarının ticarəti kəskin azalıb.