Slovakiyanın baş naziri Robert Fitso İkinci Dünya Müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün may ayında Rusiyaya səfər edəcəyini təsdiqləyib.
“İki sahil” xəbər verir ki, bu barədə RT məlumat yayıb.
“Təsdiq edirəm ki, səhhətim imkan verərsə, Moskvada keçiriləcək faşizm üzərində Qələbənin və İkinci Dünya Müharibəsinin başa çatmasının 80 illiyi münasibətilə keçiriləcək bayram şənliyində iştirak edəcəyəm”, - deyə, Fitso bildirib.