31 yanvar 2025 15:07
87

Slovakiyadakı etiraz aksiyalarında "Gürcü legionu"nun əli var - ŞOK AÇIQLAMA

Slovakiyanın baş naziri Robert Fitso bildirib ki, Slovakiyadakı etiraz aksiyalarında "Gürcü legionu"nun əli var.

“İki sahil” xəbər verir ki, bu  barədə RİA Novosti məlumat yayıb.

“Bizdə olan məlumatlara əsasən təsdiq edə bilərəm ki, Slovakiyada mitinqlərin təşkilinin arxasında Gürcüstan Milli Legionu dayanır", - deyə, Fitso bildirib.

Bundan əvvəl Slovakiya polisi respublikada dövlət çevrilişi hazırlamaqda şübhəli bilinən Ukrayna vətəndaşını saxlayıb.

Slovakiyanın Xarici İşlər Nazirliyi Ukrayna səfiri Miroslav Kastranı çağıraraq Kiyevin ölkənin daxili işlərinə qarışmasına etirazını bildirib.

Fitso qeyd edib ki, ölkədə baş verən hökumət əleyhinə mitinqlərdə iştirak edənlərin üçdə biri ukraynalıdır.