31 yanvar 2025 15:25
99

ATƏT-in Minsk qrupunun buraxılması ilə razıyıqmı? - Paşinyan

Ermənistan ATƏT-in Minsk qrupunun buraxılmasına razılıq verməyə hazırdır.

“İki sahil” yerli KİV-lərə istinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.

"ATƏT-in Minsk qrupunun buraxılması ilə razıyıqmı? Aşağıdakı əsaslandırma ilə razıyıq: əgər münaqişə yoxdursa, münaqişəyə xidmət edən formatın mövcudluğunun mənası nədir? Ancaq biz əmin olmaq istəyirik ki, Azərbaycan üçün də Minsk qrupunun buraxılması eyni məna daşıyır" - o qeyd edib.