16 fevral 2025 19:50
187

Yeni Zelandiya məktəblərində müsəlmanlar marjinallaşdırılır?

Yeni Zelandiya hökuməti məktəblərdə halal yeməklər təqdim etməməklə müsəlmanları marginallaşdırmaqda günahlandırılıb.

İki sahil” xəbər verir ki, məktəbləri yeməklə təmin edən “Compass” şirkəti “halal” adı altında məktəblərə göndərdiyi yeməklərin halal sertifikatı olmadığını etiraf edib.

Şirkət yeməklərdə halal sertifikatlı məhsullardan istifadə edildiyini, lakin yeməklərin hazırlandığı mətbəxlərin halal standartlarına uyğun olmadığını bildirib.

ACT Yeni Zelandiya Partiyasının lideri və təhsil nazirinin müavini David Seymour isə məktəblərdə halal sertifikatlı yeməklərin verilməsinin “lazımsız xərc” olacağını deyib.

Yeni Zelandiya İslam Dərnəkləri Federasiyasının (FIANZ) sözçüsü Abdur Razaaq dövlət rəsmilərini tənqid edərək, halal qidaların hazırlanmasının çətin və bahalı olmayacağını söyləyib.

Dövlət məktəblərində təhsil alan müsəlman tələbələr hökuməti müsəlmanları təcrid etmək cəhdində ittiham ediblər.

Məhərrəm Ağalaroğlu, “İki sahil”