"Real" "Bavariya"nın müdafiəçisi Coşua Kimmixi transfer etmək barədə fikrini dəyişib.
“İki sahil” xəbər verir ki, bu haqda "Bild" məlumat yayıb.
Madrid təmsilçisi 30 yaşlı futbolçunu qarşıdan gələn yay transfer pəncərəsində heyətinə qatmağı planlaşdırırdı. Lakin hazırda klub Kimmixin komanda üçün o qədər də vacib oyunçu olmadığını düşünür.
Coşua ilə “Barselona”, “Liverpul” və “Mançester Siti” kimi top-klublar da maraqlanır. Onun "Bavariya" ilə hazırkı müqaviləsi 2025-ci ilin yayına qədərdir.
Kimmix cari mövsüm Münhen təmsilçisinin heyətində bütün turnirlərdə 35 oyuna çıxb, 1 qol vurub və 12 məhsuldar ötürmə verib. O, 2015/2016 mövsümündən “Bavariya”da çıxış edir.