"Barselona"nın yarımmüdafiəçisi Daniel Olmo mümkün zədələrin qarşısını almaq üçün xüsusi genetik analizdən keçib.
“İki sahil” xəbər verir ki, bu barədə Bu barədə “Mundo Deportivo” məlumat yayıb.
Bu araşdırma sayəsində komandanın məşqçilər korpusu futbolçunun səhhətinə dəyə biləcək zərəri minimuma endirmək üçün məşq proqramını tənzimləyə biləcək.
Mənbənin sözlərinə görə, “Barselona” komandanın digər oyunçularının da bu genetik analizdən keçməsini istəyir. Üstəlik, belə bir prosedurdan keçmə prosesi sadələşdirilib. Çünki əvvəllər bu test yalnız Amerikanın Baltimor şəhərindəki laboratoriyalarda edilə bilərdi, indi isə İspaniyada da aparılır.