İraqın şimalındakı Qara bölgəsində müəyyən edilən 5 PKK terrorçusu hava əməliyyatı nəticəsində zərərsizləşdirilib.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) məlumat yayıb.
"Qəhrəman Türk Silahlı Qüvvələrimiz İraqın şimalındakı terror yuvalarını məhv etməyə davam edir. İraqın şimalındakı Qara bölgəsində aşkarlanan 5 PKK terrorçusu hava əməliyyatı ilə zərərsizləşdirilib. Terror hədəflərini effektiv şəkildə vurmağa davam edəcəyik", - MSB-nin məlumatında qeyd edilib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”