"Ukrayna təbii ehtiyatlar məsələsində tərəfdaşları ilə işləməyə hazırdır. Lakin Ukrayna konkret təhlükəsizlik təminatları istəyir".
“İki sahil” xəbər verir ki, bunu Ukrayna Radasının spikeri Ruslan Stefançuk Yaponiya ictimai televiziyasına (NHK) açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda Volodimir Zelenski ilə ABŞ prezidenti Donald Tramp arasında üzbəüz danışıqların sürətlə aparılması üçün aktiv iş gedir.
Məhərrəm Ağalaroğlu, “İki sahil”