Yaxşı olar ki, Avropa İttifaqının yüksəkvəzifəli şəxsləri və populyar siyasətçiləri başqa ölkələrin işlərinə qarışmaqdansa öz daxili problemlərinə diqqət yetirsinlər.
“İki sahil” xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze söyləyib. Onun sözlərinə görə, Avropa İttifaqının yüksəkvəzifəli şəxslərinin öz daxili problemlərinə diqqət yetirmələri, üzləşdikləri çətinliklərə qarşı mübarizə aparmağa daha çox fokuslanmaları daha faydalı olardı.
Gürcüstanın Baş naziri Avropa İttifaqının hazırda ciddi iqtisadi tənəzzül ilə üzləşdiyini və bu məsələyə daha çox diqqət yetirməli olduqlarını vurğulayıb.