Ankara Respublika Prokurorluğu Fətullahçı Terror Təşkilatının (FETÖ) Hərbi Hava Qüvvələri Komandanlığı strukturu ilə bağlı aparılan istintaqda 14 şübhəli barəsində həbs qərarı çıxarıb.
“İki sahil”in “TRT Haber”ə istinadən verdiyi məlumatına görə, Terror Cinayətləri İstintaq Bürosu tərəfindən aparılan araşdırmalar çərçivəsində təşkilatın Hərbi Hava Qüvvələri Komandanlığı tərkibində gizli bir quruluşa sahib olduğu təsbit edilən şübhəlilərin cari maliyyə fəaliyyətləri ilə məşğul olduqları müəyyən edilib.
Şübhəlilərin Ankarada köşk, ərzaq mağazası və market kimi iş yerlərində yerləşən ön ödənişli stasionar telefonlardan istifadə edərək təşkilatın “mülki liderləri” ilə əlaqə saxladıqları müəyyən edilib.
Bu kontekstdə Baş Prokurorluq 14 şübhəli, o cümlədən bir gizli menecer, beş fəal zabit, işdən çıxarılan yeddi kiçik zabit (astsubay) və bir kursant haqqında həbs qərarı çıxarıb.
Mərkəzləri Ankara olan 4 vilayətdə eyni vaxtda şübhəlilərin tutulması istiqamətində əməliyyatlar Ankara Polis İdarəsi qrupları tərəfindən həyata keçirilir.
Məhərrəm Ağalaroğlu, “İki sahil”