Azərbaycan Basketbol Liqasının XV turunda bu gün daha iki oyun baş tutacaq.
“İki sahil” xəbər verir ki, hər iki qarşılaşma A qrupunda keçiriləcək.
Əvvəlcə NTD “Sərhədçi” ilə üz-üzə gələcək.”Sərhədçi” 19 xalla qrupda beşinci pillədə qərarlaşıb. Sonuncu - altıncı olan NTD-nin 18 xalı var.
Günün son matçında “Naxçıvan” “Sabah”la görüşəcək. “Sabah” 25 xalla qrup lideridir. 24 xalı olan “Naxçıvan” isə ikincidir.
Hər iki oyun “Sərhədçi” İdman Mərkəzində keçiriləcək.
Qeyd edək ki, XV turun daha əvvəl baş tutan qarşılaşmalarında “Neftçi” “Abşeron”u 80:56, "Ordu" "Quba"nı 103:68, “Kəpəz” isə “Sumqayıt”ı 90:81 hesabı ilə məğlub edib.