28 fevral 2025 15:19
121

FTB-ni effektiv idarə etmək üçün ixtisarlara ehtiyac var

Amerikalı iş adamı İlon Mask hesab edir ki, Ədliyyə Nazirliyi və FTB-ni effektiv idarə etmək üçün ixtisarlara ehtiyac var.

“İki sahil” xəbər verir ki, o, bu barədə X-də yazıb.

“Təsəvvür edin ki, birdən baş prokuror və ya FTB-nin rəhbəri təyin olundunuz. Özünüzü düşmən heyəti ilə bir gəmidə tapırsınız. Yeni ekipaj üzvlərini təyin etməyincə və hər şeyin necə işlədiyini başa düşməyincə, gəmini idarə etmək mümkün deyil”, - deyə, o, X-də yazıb.

Daha əvvəl məlum olmuşdu ki, İlon Maskın dövlət işçilərindən həftə ərzində gördükləri işlər barədə hesabat verməsini tələb etməsi xaosa səbəb olub və Amerika federal agentliklərinin fəaliyyətini iflic edib.