Böyük Britaniya hökuməti ABŞ-a açıq şəkildə bildirib ki, rəsmi London ABŞ qoşunlarının Ukrayna ərazisinə yerləşdirilməsində israr etməyəcək, çünki bu, Vaşinqton üçün qəbuledilməz addımdır.
“İki sahil” xəbər verir ki, bu barədə "Politico" anonim mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi Dövlət Departamentində ABŞ prezidentinin Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqla 45 dəqiqəlik görüş keçirib.
“O və köməkçiləri müəyyən ediblər ki, ABŞ üçün “qırmızı xətt” Ukrayna torpaqlarında Amerika qoşunlarının olmasıdır", - deyə, nəşr yazıb.
Bundan əvvəl Böyük Britaniyanın baş naziri Keir Starmer ölkəsinin Ukraynaya quru qoşunları və hava qüvvələri göndərməyə hazır olduğunu bildirmişdi.