28 fevral 2025 15:34
127

"Citibank" müştərinin hesabına səhvən 81 trilyon dollar KÖÇÜRDÜ

Amerika bankı olan "Citibank" müştərinin hesabına 280 dollar əvəzinə səhvən 81 trilyon dollar vəsait köçürüb.

“İki sahil” xəbər verir ki,  bu barədə Britaniyanın "Financial Times" qəzeti məlumat yayıb.

“Citigroup müştəriyə 280 dollar köçürməli imiş. Amma müştərinin hesabına 81 trilyon dollar vəsait köçürülüb. Köçürməni həyata keçirən iki əməkdaş səhvi görməyib və əməliyyatı tamamlayıb.

Lakin üçüncü mütəxəssis tezliklə balansda problem aşkarlayıb və köçürməni ləğv edib, nəticədə vəsait bank hesablarına qaytarılıb.