İqlim dəyişikliyi dünya üçün ən böyük təhdidlərdən biridir.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Antalya Diplomatik Forumu çərçivəsində keçirilən panel müzakirə zamanı deyib.
O deyib ki, bu istiqamətdə mübarizə davam etdirilməlidir:
“Bakıda keçirilən COP29-da isbat olundu ki, bu istiqamətdə müsbət irəliləyiş əldə etmək mümkündür”.
Muxtar Babayev əlavə edib ki, Türkiyə kimi ölkələrin növbəti COP-lara ev sahibliyi üçün müraciəti onu göstərir ki, bu sistem doğru işləyir:
“Amma hazırda prioritet COP30-dur və biz lazımi dəstəyi Braziliyaya verməkdəyik. Bakıda çox uğurlu bir yol xəritəsi hazırlandı, 2035-ci ilə qədər gediləcək yolun konkret tərəfləri ətrafında müzakirələr edildi. Bütün bunlar iqlim dəyişikliyi ilə mübarizədə olduqca faydalı detallardır”.