12 aprel 2025 19:23
104

İsmayıllıda zəlzələ olub

Pirqulu stansiyasından 23 km şimal-qərbdə, İsmayıllı rayonunda zəlzələ qeydə alınıb.

“İki sahil” xəbər verir ki, bu barədə Zəlzələlərin Tədqiqatı Bürosundan bildirilib.

Məlumata əsasən, zəlzələ 3,2 maqnitudada qeydə alınıb, zəlzələ ocağı 3 kilometr dərinlikdə yerləşib. 

Zəlzələ hiss olunmayıb.