13 aprel 2025 02:39
121

Cevdet Yılmaz: Suriya beynəlxalq aktora çevrilməlidir

Suriya beynəlxalq aktora çevrilməlidir.

“İki sahil” xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz “A Haber”ə müsahibəsində deyib.

O bildirib ki, Suriyada 60 illik diktaturaya son qoyulub: “13-14 illik vətəndaş müharibəsi başa çatdı. Artıq yeni hökumət formalaşıb. İndi Suriyada bütün mənalarda bərpa olunur. Suriya yenidən inşa edilir”.

C.Yılmazın sözlərinə görə, yeni administrasiyanın beynəlxalq legitimliyi vacibdir: “Suriyaya qarşı sanksiyaları aradan qaldırmaq lazımıdr. Beynəlxalq təşkilatlar, regional aktorlar Suriyanın bərpasına dəstək verməlidirlər”.

Vitse-prezident bildirib ki, Suriyadakı sabitlik həm onun özü, həm də region üçün çox əhəmiyyətlidir: “Bu, Türkiyə üçün də əhəmiyyətlidir. Türkiyə də Suriyada sabitliyin bərpa olunmasına dəstək verməyə davam edəcək. Çünki Suriyanın güclənməsi, sabitiyə qovuşması bizə də müsbət təsir edəcək".

C.Yılmaz, həmçinin Türkiyənin bundan sonra da Fələstini və Qəzza xalqını dəstəkləyəcəyini ifadə edib: “Ən qısa zamanda atəskəş təmin olunmalıdır. Türkiyə olaraq Qəzzaya ciddi həcmdə humanitar dəstək veririk. Bu baxımdan əsas ölkələrdənik. Dəstəyimizi davam etdirəcəyik”.