09 iyul 2025 11:31
95

Türkiyənin xarici işlər və müdafiə nazirləri rəsmi səfərlə Pakistana gediblər

Türkiyənin xarici işlər naziri Hakan Fidan və milli müdafiə naziri Yaşar Gülər rəsmi səfərlə Pakistana gediblər.

“İki sahil” bu barədə Pakistanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinə istinadla xəbər verir.

Bildirilib ki, səfər zamanı H.Fidan Pakistan tərəfi ilə qarşılıqlı maraq doğuran bütün əsas məsələləri müzakirə edəcək.

Yaşar Gülər Pakistan rəhbərliyi ilə müdafiə və təhlükəsizlik məsələləri üzrə danışıqlar aparacaq.

"Səfər Pakistan və Türkiyə arasında qarşılıqlı etimada əsaslanan qardaşlıq əlaqələrini əks etdirir", - qurumun məlumatında bildirilib.