09 iyul 2025 13:59
105

Horner "Red Bull" komandasının direktoru vəzifəsindən azad edildi

Kristian Horner Red Bull Formula 1 komandasının direktoru vəzifəsindən istefaya göndərilib.

“İki sahil” "formula1.com"a istinadla xəbər verir ki, onu “Racing Bulls” törəmə şirkətindən Loran Mekies əvəzləyib.

Horner 2005-ci ildən komandaya rəhbərlik edirdi. Bu müddət ərzində komanda 6 dəfə Konstruktorlar Çempionatının qalibi olub, Red Bull sürücüləri isə 8 dəfə Formula 1 çempionu olublar.

Daha əvvəl GPblog mənbələrə istinadən xəbər vermişdi ki, 2022-ci ildə Red Bull-un qurucusu Ditrix Mateschitz vəfat etdikdən sonra Horner “həddindən artıq güc əldə edib”. Bu, sürücü Maks Ferstappen də daxil olmaqla, bir çox komanda üzvlərini narazı salıb.