09 iyul 2025 14:03
98

Almaniyadan gələn bağlamada radioaktiv maddə tapılıb

Rusiya gömrükçüləri Almaniyadan gələn bağlamada radioaktiv keramikadan hazırlanmış tutuquşu heykəli aşkar ediblər. Onu Moskva sakini qəbul etməli idi.

“İki sahil” xəbər verir ki,  bu barədə Rusiya Federal Gömrük Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Heykəlcikdən çıxan radiasiyanın səviyyəsi normadan 20 dəfə yüksək olub. Gömrükçülər həmin bağlamanı sahibinə verməkdən imtina ediblər. Bağlama gəldiyi ölkəyə qaytarılıb.

Gömrükçülər "Yantar" nəzarət sistemindən istifadə edərək radiasiya aşkar ediblər. Mütəxəssislərin fikrincə, radionuklid radium-226 heykəlini örtən boyanın tərkibində ola bilər.