09 iyul 2025 13:19
100

Almaniya Ukraynanı dəstəkləməkə davam edəcək - Kansler

Almaniya kansleri Fridrix Merz deyib ki, onun hökuməti Ukraynanı dəstəkləməkə davam etmək niyyətindədir.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

Onun sözlərinə görə, Rusiya-Ukrayna münaqişəsinin diplomatik həlli üçün imkanlar tükənib.

Bundestaqda çıxış edən Fridrix Merz deyib ki, bütün bir ölkənin mövcud olmaq hüququnu şübhə altına almaq və bütün Avropa qitəsinin siyasi azadlığını məhv etmək üçün hərbi güc tətbiq edildikdə, məsələnin danışıqlar yolu ilə həlli mümkün deyil. Diplomatiyanın imkanları tükənib.