ABŞ Senatının Silahlı Qüvvələr Komitəsi 2028-ci ilə qədər Ukraynaya hərbi yardım üçün 500 milyon dollar vəsaitin ayrılmasını təsdiqləyib.
“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə komitənin dərc etdiyi sənədlərdə deyilir.
Müvafiq bənd bu komitə tərəfindən təsdiqlənən 2026-cı maliyyə ili üçün ABŞ-nin müdafiə büdcəsi layihəsinə daxil edilib.
Komitənin təklif etdiyi büdcə layihəsi ABŞ-nin Ukraynaya etibarlı müdafiə qabiliyyətinin təmin olunmasında kömək etmək üçün əməkdaşlığı gücləndirmək siyasəti elan edir.