Bakıya ilk rəsmi səfərim zamanı Azərbaycan Prezidenti İlham Əliyev və hökumət üzvləri ilə çox məhsuldar görüşlərimiz oldu. Biz iqtisadi əlaqələrin dərinləşdirilməsi və s. məsələləri müzakirə etdik.
“İki sahil” xəbər verir ki, bu sözlər Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrişvilinin Azərbaycana ilk rəsmi səfərinijn nəticələri ilə bağlı yaydığı məlumatda əksini tapıb.
Məlumtda deyilir ki, nazir Mariam Kvrivişvili Azərbaycan Respublikasına ilk rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və digər yüksək vəzifəli rəsmilərlə məhsuldar görüşlər keçirib.
Nazir bildirib ki, Prezident İlham Əliyevlə keçirilən görüşdə Gürcüstanda iqtisadi inkişafın dinamikası və hökumətin müxtəlif sahələr üzrə həyata keçirdiyi siyasət, xüsusilə də enerji sektorundakı iri layihələr barədə ətraflı müzakirələr aparılıb.
“Azərbaycan Prezidentinə ölkəmizdə iqtisadiyyatın müxtəlif sahələrində həyata keçirilən islahatlar, xüsusilə enerji sektorunda planlaşdırılan böyük layihələr barədə ətraflı məlumat verdik. Görüş olduqca məhsuldar keçdi. Biz ticarət, nəqliyyat, turizm, logistika kimi sahələrdə əməkdaşlığın dərinləşdirilməsini müzakirə etdik”, – deyə, M.Kvrivişvili vurğulayıb.
Nazirin sözlərinə görə, görüşdə həmçinin, regionda sülh və sabitliyin əhəmiyyəti də diqqət mərkəzində olub.
Səfər çərçivəsində Mariam Kvrivişvili Azərbaycanın iqtisadiyyat naziri, energetika naziri, rəqəmsal inkişaf və nəqliyyat naziri ilə də görüşlər keçirib. Tərəflər iki ölkə arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivlərini, o cümlədən irimiqyaslı ortaq layihələri ətraflı müzakirə ediblər.