Ukrayna Prezidenti Volodimir Zelenski xarici hərbi yardımın çatdırılmasının bərpa olunduğunu təsdiqləyib.
“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna lideri özünün teleqram kanalında bildirib.
"Bütün məlumatlara görə, çatdırılmalar bərpa edilib", - Zelenski yazıb.
Onun sözlərinə görə, gələn həftə Kiyev ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqla işi davam etdirəcək.