Masallı Tarix-Diyarşünaslıq Muzeyinin və Masallı Dövlət Regional Kollecinin birgə əməkdaşlığı sayəsində baş tutan “Azərbaycan dili milli varlığımızdır” mövzusunda inşa müsabiqəsinə yekun vurulub.
İnşa müsabiqəsinin nəticələrinin açıqlanması münasibətilə keçirilən tədbirdə söz alan kollecin təlim - tərbiyə işləri üzrə direktor müavini Dilarə Hüseynova, muzeyin direktoru Əntiqə Tağıyeva və kollecin müəllimi Nigar Əhmədova müasir gənclərin dilə olan maraqlarının artırılmasından, onları milli dəyərlər ruhunda yetişdirilməsindən, Azərbaycan dilinin poetikliyi və zənginliyinin millətə hər zaman qürur verməsindən, həmçinin gənclərin yaradıcılığını ortaya çıxarılmasından bəhs ediblər.
Sonda müsabiqədə qalib gələn tələbələr diplomla təltif olunublar.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Trampın Sülh Planında dondurulmuş Rusiya aktivləri ilə bağlı bəndi ləğv edilib?