KÖŞƏ

Zahid Rza

Ermənistan terrorçu dövlət olduğunu bir daha ortaya qoydu

14 oktyabr 2020 18:12
1930

Oktyabrın 9-da Azərbaycan və Ermənistan XİN rəhbərləri münaqişənin dinc yolla həlli üçün Moskvada 11 saatlıq müzakirədən sonra humanitar atəşkəslə bağlı razılığa gəldilər. Razılaşmadan heç bir gün keçməmiş Ermənistan xüsusi qəddarlıqla mülki şəxsləri hədəfə almağa başladı. Düşmən gecə saatlarında Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncənin mülki əhalisinin sıx yaşadığı ərazisinə atdığı “Elbrus” ballistik raketi ilə öz nasist və terrorçu mahiyyətini bir daha ortaya qoydu.  

27 sentyabrdan bu günə qədər Ermənistanın silahlı qüvvələri döyüş bölgələrindən kənarda yerləşən Gəncə və Mingəçevir şəhərlərini, Abşeron, Xızı, Bərdə, Beyləqan, Ağcabədi, Zərdab, Goranboy, Göygöl, Tərtər, Yevlax yaşayış məntəqələrini atəşə tutublar. Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində onlarla mülki vətəndaşımız qətlə yetirilib və yaralanıb. Həmçinin 277 mülki obyekt, 66 çoxmənzilli yaşayış binalarının sayı 66, 1505 yaşayış evi yararsız vəziyyətə düşüb. Təkcə dünən səhər saatlarında Ermənistan tərəfinin ağır artilleriya hücumuna məruz qalan Tərtər rayonuna və onun kəndlərinə 100-dən çox top mərmisi düşüb. Nəticədə 6 mülki şəxs yaralanıb, bir nəfər həlak olub. Yaralananlar arasında jurnalistlər, daha dəqiq desək, Azərbaycan Dövlət Televiziyasının çəkiliş qrupunun üzvləri də vardır.

  Hərbi cinayətlərini davam etdirən Ermənistanın silahlı qüvvələri bölgə üçün böyük irriqasiya əhəmiyyəti daşıyan Mingəçevir Su Elektrik Stansiyasını, Avropanın enerji təhlükəsizliyinin əsasını təşkil edən və regionun iri strateji obyektləri sayılan Bakı-Tbilisi-Ərzurum qaz və Bakı-Tbilisi-Ceyhan neft boru xətlərini hədəf kimi seçərək bombalamışlar. İşğalçı Ermənistan 2020-ci il sentyabrın 27-də atəşkəs rejimini pozaraq hərbi əməliyyatlara başladıqdan sonra şəhərlərə və digər yaşayış məntəqələrinə qarşı qadağan olunmuş “9N235”, həmçinin “M85” bombacıqlarından istifadə etmişdir. Qeyd olunan bombacıqlar “Kaset Sursatlar haqqında” Konvensiyaya uyğun olaraq 2008-ci ildə qadağan olunmuş sursatlar sinfinə daxil edilib. İnsanlıq simasını itirmiş düşmən hətta Ermənistan əsgərlərinin cəsədlərini yığan, üzərində ağ bayrağın qaldırıldığı açıq-aşkar şəkildə görünən Azərbaycanın tibbi maşınlarını atəşə tutması Ermənistanın mahiyyət etibarı ilə terrorçu dövlət olduğunu bir daha ortaya qoydu.

 Oktyabrın 9-dakı Moskva razılaşmasını heçə sayan təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi heç bir beynəlxalq norma və prinsipə əməl etmir və terrorçu əməllərini davam etdirir. Nədənsə, 1949-cu il Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəlikləri kobud şəkildə pozaraq dinc əhalini, çoxsaylı evləri, mülki obyektləri, təsərrüfat təyinatlı məntəqələri hədəfə almaqda davam edən və mülki vətəndaşlara qarşı əsl soyqırımı törədən işğalçı ölkənin cinayətlərinə BMT, eləcə də eləcə də münaqişənin həll olunması missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupunun həmsədrləri hələ də lal-kar qalır.

Terrorçu Ermənistanın Azərbaycanın cəbhəyanı və cəbhədən çox-çox uzaqda yerləşən ərazilərini, yaşayış məntəqələrini uzaqmənzilli raketlərlə və digər qurğulardan atəşə tutması birbaşa Azərbaycan əhalisinin məhvinə yönəlib. Nasist Nikol Paşinyanın sözçüsü hətta “Rossiya-24” kanalına müsahibəsində bildirdi ki, Ermənistanın məqsədi Azərbaycan əhalisində qorxu, təşviş yaratmaqdır. Cəbhə bölgəsindən yüz kilometrlərlə uzaqda olan şəhər və kəndlərimizin, dinc əhalinin uzaqmənzilli raketlərlə vurulmasının əsas məqsədi budur.

 Xüsusilə qeyd edilməlidir ki, terrorçu Ermənistan hökuməti Qarabağda iki həftədən çox davam edən döyüş əməliyyatları nəticəsində çoxlu sayda canlı qüvvə itirdikdən sonra uşaqları döyüşlərə cəlb etməyə başlayıb. Xarici xüsusi xidmət orqanlarının məlumatına görə, Qarabağın yüksək dağlıq rayonlarında və Ermənistanda erməni terrorçularının bir neçə uşaq düşərgəsi yaradılıb. İşğalçı, sattellit, nasist Ermənistan bilməlidir ki, onun ərazisindən Azərbaycanın hərbi və mülki obyektlərinə, dinc insanlara qarşı raket və digər hücumlar olduğu təqdirdə Silahlı Qüvvələrimiz onların atəş nöqtələrini darmadağın edəcək. Yaxşı olar ki, Ermənistan ona verilən son şansdan istifadə etsin.  Əks təqdirdə peşman olacaqlar…