KÖŞƏ

Sevinc Azadi

Sosial rifahı, iqtisadi yüksəlişi, gənclərin potensialını birləşdirən islahatlar

03 iyun 2020 15:06
475

Son illərdə ölkəmizdə icra olunan sosial islahatlar proqramının əsas hədəfi dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin təmin edilməsidir. Bu baxımdan Prezident İlham Əliyevin 2018-ci ildə imzaladığı Fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin yaradılması mühüm əhəmiyyət kəsb edir. Birinci xanım Mehriban Əliyevanın təşəbbüsü olan DOST layihəsi əmək, məşğulluq, sosial müdafiə, əlillik, reabilitasiya sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu sahələrdə şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi daşıyır.

Qeyd edək ki, 2019-2025-ci illərdə 31 DOST mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulub. Onlardan 5-i Bakıda, 26-sı isə regionlarda olacaq. Ümumilikdə "DOST” mərkəzlərində "bir pəncərə” prinsipi ilə 2,8 milyon insana 132 xidmət göstəriləcək. Ötən il istifadəyə verilən 1 və 2 saylı Bakı DOST mərkəzlərində indiyədək 100 mindən çox şəxsə xidmət göstərilib, vətəndaşların xidmətlərdən məmnunluq səviyyəsi isə 96 faiz təşkil edib. "Könüllü DOST” proqramı üzrə artıq 300-dən çox könüllü, o cümlədən 22 yaşlı şəxs bu mərkəzlərə cəlb edilib.

DOST Mərkəzi əməkdaşlarının əksəriyyətinin gənclərdən ibarət olması heç də təsadüfi deyil. Azərbaycan Prezidenti bu məsələyə bir daha xüsusi diqqət ayıraraq bildirib ki, gənclərin rolu həmişə çox yüksək qiymətləndirilib: "...Bu gün də Azərbaycan gəncləri ölkəmizin uğurlu inkişafında öz fəal rolunu oynayırlar. Deyə bilərəm ki, gənclər cəmiyyətimizin ən fəal təbəqəsidir və bu gün gənclərə geniş imkanlar yaradılır. Gənclər önəmli vəzifələrə təyin olunur: nazir, icra başçısı vəzifələrinə...”

Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, gənclər hazırda bir sıra məsul işlərə irəli çəkilir, onlara etimad göstərilir. Ən əsası odur ki, onlar tapşırılan işlərin icrasında xüsusi fəallıq göstərirlər. Artıq beynəlxalq birlik də görür ki, Azərbaycanda dövlət gənclər siyasəti mühüm məsələyə çevrilib. Bu gün bütün sahələrdə çalışanların əksəriyyətini gənclər təşkil edir: Prezident İlham Əliyev: "Şadam ki, bu gün bizim gənclərimiz ən yüksək meyarlara cavab verirlər - bilik, peşəkarlıq, yenilik, müasirlik baxımından. Eyni zamanda, onu da bildirməliyəm ki, gənclər xoşagəlməz hallara qarşı da mübarizədə bizə böyük dəstək olurlar. Bütövlükdə gələcəkdə Azərbaycanı idarə edəcək insanlar bugünkü gənclərdir. Ona görə onların bilikləri və eyni zamanda, vətənpərvərliyi bizim müstəqilliyimizi daim gücləndirəcək və ölkəmizin uzun illər, onilliklər bundan sonra dayanıqlı inkişafını təmin edəcək”.

Azərbaycan Prezidenti dünyanı cənginə almış, pandemiyaya çevrilərək, ölkələri iflic halına salan, insanların sağlamlığına qənim kəsilən, iqtisadiyyatına ağır zərbə vuran koronavirusla bağlı görülən tədbirlərə və əldə edilən son nəticələrə diqqət ayırarkən gənclərin bu sahədə də fəallıqlarını vurğulayır: "İşlər əvvəldən Azərbaycanda çox düzgün istiqamətdə aparıldı və bunu həm Azərbaycan xalqı görür və təqdir edir, həm də beynəlxalq təşkilatlar. Bu günə qədər mən vətəndaşlardan gündə yüzlərlə məktub alıram...Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı bizim bu sahədə gördüyümüz işləri yüksək qiymətləndirir və Azərbaycanı nümunəvi ölkə adlandırır. Bu, bizim gördüyümüz işlərə verilən böyük qiymətdir”.

Səhiyyə sisteminin qısa müddətdə yenidən qurulmasını, xüsusilə İcbari Tibbi Sığorta Agentliyinin və TƏBİB-in fəaliyyətini yüksək qiymətləndirən dövlət başçısı onu da vurğuladı ki, bu sahədə xidmət göstərənlərin əksəriyyəti gənclərdir. Doğrudan da belə çətin bir şəraitdə heç bir ölkənin səhiyyə sistemi buna hazır deyildi. Belə bir çətin şəraitdə bütün təşkilati işləri görmək doğrudan da böyük nailiyyətdir. Bu nailiyyətlərdə gənc mütəxəssislərin, o cümlədən peşəkarlıqları və vətənpərvərlikləri ilə seçilən gənclər oldular. Azərbaycan Prezidenti İlham Əliyev məhz bu kimi amilləri nəzərə alaraq bildirir: "Mən gənclərin rolunu həmişə çox yüksək qiymətləndirmişəm. Bu gün də Azərbaycan gəncləri ölkəmizin uğurlu inkişafında öz fəal rolunu oynayırlar... Bütövlükdə gələcəkdə Azərbaycanı idarə edəcək insanlar bugünkü gənclərdir. Ona görə onların bilikləri və eyni zamanda, vətənpərvərliyi bizim müstəqilliyimizi daim gücləndirəcək və ölkəmizin uzun illər, onilliklər bundan sonra dayanıqlı inkişafını təmin edəcək”.

Xatırladaq ki, 2020-ci il ölkəmizdə "Könüllülər ili” elan olunub. Gənclərin bir çox sahələrdə ilk dəfə könüllü kimi fəaliyyəti onların gələcəkdə işlə təmin edilməsinə təkandır. Gənclik sağlam təməl üzərində yaranıb inkişaf edirsə, dövlət və gənclər siyasəti sarsılmaz bir qüvvəyə çevrilir. Prezident İlham Əliyevin bu sözləri gənc nəslə inkişaf etmələri, cəmiyyət həyatında daha fəal olmaları ilə bağlı edilən müdrik tövsiyədir. Azərbaycanda həyata keçirilən mütərəqqi gənclər siyasəti gənc nəslin inkişafı və bilik və bacarıqlarını realizə etmələri üçün geniş qapılar açıb. Dövlətimiz gənclərin məhz sağlam dəyərlər və təməllər üzərində yetişməsində maraqlıdır. Mənəvi, fiziki gücə malik olan gənclərimiz də bu imkanlardan səmərəli yararlanmalı və zamanın nəbzini tutmağı bacarmalıdırlar.

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?