Vəli İlyasov |
Vətəni, mədəniyyəti, mətbəxi, mənəviyyatı olmayan ermənilər bunların hamısını bizdən oğurlamağa çalışırlar. Dünyada parazit həyatı keçirən ermənilər bizim hər nəyimiz varsa oğurlayaraq öz adlarına çıxır, özlərini sivil xalq kimi tanıtmağa cəhd göstərirlər. Keçən əsrin əvvəllərində onlar kamançamızı özününküləşdirməyə çalışsalar da, alınmadı. Onlar indi də qədim milli musiqi alətimiz olan balabanı oğurlayaraq “duduk” adı ilə başqa ölkələrə satırlar. Həyasızlığın dərəcəsinə baxın ki, Ermənistanda hətta bu alətin istehsalı ilə məşğul olan zavod da açıblar.
Bizdə əllə hazırlanan balaban alətini ermənilər artıq xüsusi dəzgahlar vasitəsilə istənilən ölçüdə və istənilən tonalda hazırlayaraq dünyanın müxtəlif ölkələrinə, xüsusən də Avropa və Amerikaya “duduk” adı ilə göndərirlər. “Vamelo” adlı şirkət xüsusi qablaşdırmada göndərdiyi balabanın Avropada geniş təbliğatını aparır və dünyaya “duduk”un, yəni balaban alətinin ermənilərə məxsus olduğunu aşılayır. Alətin üzərinə həm “Vamelo Armeniya” şirkətinin loqosu vurulur, həm də içərisinə təhrif olunmuş məlumat vərəqəsi qoyulur. Həmin şirkət satışı internet üzərindən həyata keçirir. Dünyanın istənilən yerindən sifariş qəbul edilir və beynəlxalq çatdırılmalara görə əlavə pul alınmır. Balabanın özü 195 dollara, təkcə qamışı isə 69 dollara satılır. Bir sözlə, nankor qonşumuz bizim balabanımızın hesabına, necə deyərlər, “qaz vurub qazan doldururlar”, özü də utanıb abır-həya etmədən.
Çoxdan məlumdur ki, Azərbaycanda həm tütəyin, həm də balabanın bir neçə növü var. Məsələn, bizdə “Yan tütəyi”, “Yastı balaban” indi də var. Bu alətləri kustar üsulla hazırlayan və onların vasitəsilə müxtəlif xalq havalarını ifa edən məşhur sənətkarlarımız əvvəllər də olub, indi də var. Bir çox filmlərimizdə bu alətlərlə bağlı epizodlar da çəkilib. “Ögey ana”, “Tütək səsi”, “Papaq”, “Böyük dayaq” və bir çox kinofilmlərimizdə tütək və balabanla bağlı səhnələrə yer verilib. Qədim nağıllarımızda isə çobanların sevdikləri və sürünün kənarında həvəslə çaldıqları alət olduğu təsvir edilir.
Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədri Kamran İmanov bildirib ki, məsələ ilə bağlı aidiyyəti təşkilata etiraz məktubu göndərilib: “Balaban bizim milli musiqi alətimizdir. Ermənilərin seçdiyi “duduk” sözünün özü də oğurluqdur. Bu söz də türklərə məxsus olan tütək sözündən əmələ gəlib”. O deyib ki, məsələ ilə bağlı Ümumdünya Əqli Mülkiyyət Təşkilatına etiraz məktubu göndərilib. Kamran İmanov qeyd edib ki, “duduk” adı altında istehsal edilən balabanın Azərbaycana məxsus olması ilə bağlı tədbirlər davam etdiriləcək.
Etiraf etməliyik ki, çox bic və məkrli düşmənlə qonşuyuq. Ona görə “itlə yoldaş” olsaq da çomağımızı yerə qoymamalıyıq. Çünki “çomağı” yerə qoyan kimi xain xəncərini kürəyimizə saplayacaq. Bunu heç vaxt unutmamalıyıq.
Gözəl bir deyim var: qonşuları yaxşı olan xalq xoşbəxtdir. Təəssüf ki, supergüclərin regionda daimi maraqlarını qorumaq üçün oradan-buradan gətirib bizə qonşu etdikləri ermənilər naxələflikdə və xəyanətkarlıqda ad çıxarıblar. Torpağımızda ayaqlarına yer eləyən bir ovuc erməni dığaları iki yüz ildir ki, xalqımıza qarşı xəyanətkarlıqla məşğuldur.