KÖŞƏ

Vəli İlyasov

İt nə itliyini tərgidər, nə də sümsünməyini...

03 dekabr 2024 00:58
73

Haylar mənəvi sərvətlərimizi oğurlayıb öz adlarına çıxmağa çalışırlar

Ermənistanın baş naziri Nikol Paşinyan qızı Məryəmlə birlikdə Dövlət Caz Orkestrinin konsertində iştirak edib.  Xəbər verilir ki, Paşinyan konsertdən qısa görüntüləri özünün Feysbuk hesabında paylaşıb. Həm də qeyd edib ki, “Məryəmlə mən Ermənistan Dövlət Caz Orkestrinin konsertində iştirak etdik”.

Paşinyanın paylaşdığı videoda orkestr kollektivi Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettasından bir parçanı ifa edir. Hazırkı naməlum bir şəraitdə düşmən ölkənin baş naziri hər şeyi qulaqardına vurub Azərbaycan musiqisini həvəslə dinləyirsə və bunu bütün ölkəyə bildirirsə, necə böyük risqə getdiyi göz qabağındadır. 

Ancaq Azərbaycan komediyasına, musiqisinə və incəsənətinə maraq Paşinyanla başlamır. Bu “sevgi”nin tarixi yüz əlli  ildən də əvvələ gedib çıxır. O zaman orada-burada kiçik sənətkarlıqla, dilənçiliklə gün keçirən və köçərilik edən avara toplumun mədəniyyətdən xəbəri yox idi.

Dünyada heç vaxt dövləti və ərazisi olmayan sərgərdan həyat sürən ermənilər XIX əsrin ortalarında Rusiya imperiyasının qoltuqlarında, Azərbaycan ərazilərinə at-eşşək karvanları ilə gətirildikdən sonra milli musiqimizi heyranlıqla dinləməyə və sevməyə başladılar. Bu tarixdən əvvəl isə onlar ərazilərində yaşadıqları türk ölkələrinin musiqilərini dinləməli, folklrunu öyrənməli olmuşdular. Onilliklər keçdikcə bu heyranlıq köçərilikdən canlarını qurtarmış yarımvəhşi ermənilərdə həsəd və paxıllıq hissi oyadır, musiqiyə, incəsənətə və mədəniyyətə malik olmamalarından aqressivləşir, qıcıqlanırdılar. Əvvəl onların casus keşişləri, sonralar çar Rusiyasında hazırlanan ideoloqları gizli surətdə nə vaxtsa Azərbaycanın mənəvi, mədəni və əqli sərvətlərini qoparıb almağı planlaşdırdılar. Onlar bu sahədə ara-sıra oğurluq etsələr də Sovet hakimiyyəti illərinə qədər geniş əl-qol aça bilmədilər. Bolşeviklər isə ermənilərin bütün niyyətlərini gerçəkləşdirdilər. Əvvəlcə onlara rəsmən tanınan dövlət qurdular, İrəvanı paytaxt şəhəri kimi “bağışladılar”. Hamısı da Azərbaycanın hesabına. Hər şeyə sahib olan qudurğan ermənilər tariximizə, mədəniyyətimizə də əl uzatmaqdan çəkinmədilər. Çünki arxalarında böyük bir imperiya vardı. Necə deyərlər, arxalı köpək qurd basırdı. Odur ki, azərbaycanlılardan edilən bütün oğurluqların üstü açılmır, açılanda da müdafiə olunurdular. Saya-hesaba gəlməyən mədəni oğurluqlardan yalnız bir neçəsini xatırlatsaq kifayət edər.

SSRİ-nin ən tanınmış bəstəkarı səviyyəsinə qaldırılmış Aram Xaçaturyanın bəstələdiyi simfonik poemanın Azərbaycanın Tovuz rayonundan olan Aşıq Mirzənin yaradıcılığından götürülməsinə dair təsdiqlənmiş faktlar çoxdur. Rus jurnalisti Georgi Xubov öz  kitabının 112-ci səhifəsində yazıb: “1937-ci ildə bəstəkar tərəfindən istedadlı Azərbaycan aşığı Mirzənin sözlərinə əsər yazılmış və təvazökarlıqla “Aşıq nəğməsi” adlandırılmışdır. Maraqlıdır ki, bu simfonik poemanın melodik xəttində və ritmik hərəkətin konturlarında Azərbaycan xalq musiqisinin, xüsusən də muğamların xarakterik melodiyalarını doğuran xüsusiyyətlər aydın şəkildə ortaya çıxır. Oxucular Aram Xaçaturyanın yazdığı melodiyasını “Dügah dəstgahı” muğamının təsnifinin əvvəli ilə müqayisə etsələr, buna tamamilə əmin ola bilərlər”.

Daha sonra jurnalist yazır ki, digər Sovet yazıçısı və ədəbiyyatşünası İrakli Andronikov da 1975-ci ildə dərc olunmuş “Seçilmiş əsərlər” kitabının ikinci cildində Aram Xaçaturyanın öz yaradıcılığında Azərbaycan və gürcü musiqisindən istifadə etməsi faktını qeyd edib: “Aram Xaçaturyanın “Qayane” baletində “Ləzginka” gürcülərindir, Azərbaycan ritmləri isə “Rəqs dəsti” və “Klarnet, skripka və fortepiano üçün trio”da müşahidə olunub. Azərbaycanın “Vağzalı”, “Uzundərə”, “Mirzəyi” və “Muşlu oğlan” kimi xalq mahnı və rəqslərini Aram Xaçaturyan ermənilərinki kimi qələmə verib”.

Qüdrətli bəstəkar Üzeyir Hacıbəylinin assistenti Zaxar Yakovleviç Stelnikin xatirələrində yazır:” Üzeyir Hacıbəyli nəhəng adam olub. Onun bəstəkar Aram Xaçaturyanı Azərbaycandan didərgin salmasının maraqlı tarixçəsi var. Bir gün Mərkəzi Komitədən tapşırıq gəlir ki, Aram Xaçaturyanın əsəri dinlənilsin və bədii şura onu qəbul edib təsdiqləsin. Professor-müəllim heyəti yığışıb Xaçaturyanın simfoniyasını dinləyir. Sonra adəti üzrə Üzeyir bəyin otağında müzakirələr başlayır. Hamı toplaşır. Aram Xaçaturyanı baş tərəfdə oturdurlar. “Yuxarının adamı” olduğuna görə heç kəs Aram Xaçaturyanın plagiatlığı barədə danışmır. Nəhayət, Üzeyir bəy sözə başlayır: “Belə, yoldaşlar! Əgər Çaykovskinin simfoniyasının ifası zamanı trombon bir çərək pauza qədər geciksə, bunu zalda oturan hər bir dinləyici dərhal hiss edər. Xaçaturyanın bu simfoniyasında isə trombonun nəinki gecikdiyini, ümumiyyətlə, çalğıya başladı, ya başlamadı, bunu tamaşaçı yox, heç müəllif özü də hiss etməz”.

Dahi bəstəkar saxta bəstəkarı ifşa edərək Pyotr Çaykovskinin simfoniyasından oğurluq etdiyini açıqlayır. Üzeyir bəyin çıxışından sonra otağa dərin sükut çökür. Bu sükutu Aram Xaçaturyanın addım səsləri pozur. O, portfelini götürüb heç nə demədən otaqdan çıxır və bu, onun Azərbaycandan son gedişi olur... Lakin Moskvada onu əzizləyirlər. Hakimiyyətdə yüksək post tutan Anastas Mikoyan və digər vəzifəli ermənilər onu Sovet hökumətinə “dahi bəstəkar” kimi təqdim edirlər. Azərbaycan, gürcü və Şərq ölkələrinin musiqilərindən utanmadan oğurluq edən Xaçaturyan onları öz adı ilə kinofilmlərə gətirir və “xalq məhəbbəti” qazanırdı. Təsadüfi deyildi ki, musiqi oğrusu olan bu adama bir çox mükafatlarla, fəxri adlarla bərabər, ölkədə ən yüksək sayılan Stalin mükafatı dörd dəfə təqdim olunub.

1991-ci ildə müstəqillikdən sonra ermənilər içlərində onillərlə boğub saxladıqları murdar niyyətlərinə rəvac verməyə başladılar. Şıdırğı mədəniyyət oğurluqları daha böyük miqyasda hazırkı günlərimizdə də davam etməkdədir. Bunun üçün münbit şərait də var. Sosial şəbəkələr, internet, müxtəlif informasiya mənbələri haylar üçün namərd meydanına çevrilib. Ona görə də mənəvi sərvətlərimizin oğurlanması faktları artıb. Bu baxımdan bizim olanı sübut etmək olduqca çətindir. Ancaq bizim işimiz nə vaxt asan olmuşdu ki? Bizə düşən odur ki, ayıq-sayıq olmalı, çalmağa amadə olan ilanın zəhərli dişini sındırmalı və mədəni xəzinəmizi qoruyub gələcək nəsillərə çatdırmalıyıq.