Vəli İlyasov |
Və yaxud 9 milyard xarici borc cırtdan ölkəni hara aparır?
İkinci Qarabağ müharibəsindəki biabırçı məğlubiyyətdən sonra Ermənistanda vəziyyət daha da ağırlaşıb . Düşmən ölkədə sosial-iqtisadi və siyasi böhran ən təhlükəli həddə çatıb. Əgər belə davam edərsə, Ermənistan əhalisi ölkədaxili xaosla təkbətək qalacaq. Ayıq erməni iqtisadçıları Ermənistandakı sosial-iqtisadi vəziyyəti "defolt dövlət" statusu ilə müqayisə edirlər. Onların fikrincə, ölkədə əhalinin gündəlik həyat şəraiti davamlı olaraq aşağı düşür. Paşinyan hökuməti isə bu tənəzzülün qarşısını almaqda aciz vəziyyətdə qalıb. Bunun səbəbləri isə saysız-hesabsızdır. 44 günlük müharibə onsuz da zəif olan Ermənistan iqtisadiyyatını demək olar ki, tamamilə çökdürüb. Bir çox müəssisələr iflasa uğrayaraq bağlanıb. Yerli istehsal demək olar ki, dayanıb. Xarici şirkətlərin də əksəri işlərini dayandırıb köçürlər. Ən adi gündəlik ehtiyac məhsulları belə xaricdən alınıb gətirilir. Paşinyan hökumətinin ölkə iqtisadiyyatını dirçəltmək üçün yetərli maliyyə ehtiyatları yoxdur. Xarici sərmayələrin ölkəyə cəlb edilməsi də mümkünsüz görünür. Ermənistana inam olmadığı üçün iş adamları oraya sərmayə yatırmağı risk hesab edirlər. Çünki Ermənistan iqtisadiyyatı xarici sərmayə üçün cəlbedici xarakter daşımır. Bütün bunlar Ermənistanın xarici borclarının sürətlə artmasına səbəb olur.
Onu da qeyd edək ki, son məlumatlara görə, Ermənistanın xarici borcları hazırda 9 milyard dollara çatıb. Rəsmi İrəvan bu ilin yanvar ayından iyul ayına qədərki müddətdə Ermənistanın xarici borclarını 1 milyard dollar həcmində artırıb. Şübhəsiz ki, bu, Ermənistan kimi cırtdan, potensialı zəif olan ölkə üçün fəlakət gətirən məbləğdir.
Bununla belə rəsmi İrəvan bu məsələdə dayanmaq niyyətində deyil. Əksinə, başqa resurslar olmadığından "tam sürətlə irəliləməyə", yəni yeni borclar götürməyə çalışır. Avqustun 23-də Beynəlxalq Valyuta Fondunun Ermənistana 175 milyon dollarlıq kreditin verilməsi barədə qərarı qüvvəyə minib.
Paşinyan hökuməti əlbəttə ki, bundan məmnun görünür. Hər halda, daha bir müddət xərcləyə biləcəyi maliyyə mənbəyi tapılıb. Ancaq bu məbləğ Ermənistanı cəmi bir neçə ay saxlaya bilər. Həm də banklar krediti Ermənistana heç də bağışlamırlar, zamanı yetişəndə onu faizi ilə bərabər geri alacaqlar.
Hətta orada uşaqlar anadan borclu doğulurlar. Hazırda Ermənistanda yeni doğulan hər bir uşağın xarici maliyyə qurumları qarşısında 3032 dollar borcu var. İrəvan xarici maliyyə qaynaqlarından böyük həvəslə kreditlər götürsə də, onların nə vaxtsa qarşılanması üçün heç bir maliyyə-iqtisadi resurslara malik deyil. Üstəlik, hökumət belə resursların yaradılması istiqamətində də qətiyyətli addımlar atmaqda acizlik nümayiş etdirir. Ancaq bu ölkədə bir çoxları yeni maliyyə-iqtisadi resursların ünvanını yaxşı bilirlər. Məntiqlə düşünmək qabiliyyəti olan hər kəsə aydındır ki, Ermənistanı təhlükəyə aparan hazırkı vəziyyəti ölkənin blokada şəraitində olması ilə birbaşa bağlıdır. Bu vəziyyətdən yeganə çıxış yolu isə qonşu ölkələrlə, o cümlədən Türkiyə və Gürcüstanla, xüsusilə də Azərbaycanla normal münasibətlərin qurulmasıdır. Ancaq revanşistlərin əlində oyuncağa çevrilmiş bu ölkənin dayaz düşüncəli və əfəl başçıları bunun əvəzinə üçüncü Qarabağ müharibəsinə hazırlaşmaq yolunu tutublar. Bir neçə gün əvvəl Rusiyada keçirilən silahlar və hərbi texnika sərgisinə gedən Ermənistanın müdafiə nazirinə köhnə silah almasını tövsiyə edəndə o, qətiyyətlə etiraz edib və bildirib ki, Ermənistan yeni silahlar alacaq. Əvvəlkilərdən “dişləri şirəyə batmış” ermənilər elə hesab edirlər ki, pulları olmasa belə Rusiya bu dəfə də onlara milyard dollarlıq silah və hərbi texnikanı “hədiyyə” edəcək, çünki onlar əvvəllər belə “bəxşişləri” çox görüblər. Ancaq budəfəki borclar erməniləri Rusiyanın vassalından pulla satın alınmış köləsinə çevirəcək. Köləlik isə ermənilərin ata-baba statusudur. Bunu isə biz yox, bizdən yüz illər öncə dünyanın zəkalı adamları demişlər.