KÖŞƏ

Vəli İlyasov

V əsrdə Bayanda yazılmış qədim "İncil" Matenadaranda necə peyda oldu?

12 yanvar 2024 01:58
5085

Bu kitab qələmə alınanda haylar Hindistanda qaraçılıq edirdilər

Hayların daha bir oğurluğu müqəddəs kitablarla bağlıdır. Daşkəsən rayonunun Bayan kəndində yazılmış "İncil"in oğurlanaraq Ermənistana aparılmasının maraqlı bir tarixi var. İsa peyğməbərin ölümündən 300 il sonra İznikdə-indiki Türkiyə ərazisində, kilsə tərəfindən çağırılmış şurada bəzi "İncil" kitabları ilə birlikdə müəllifi Barnaba adlı şəxs olan "İncil"in də oxunması qadağan olundu və bu "İncil"i oxuyanların ağır cəzalandırılacağı elan edildi. Görəsən, dinin tam hökmranlıq etdiyi əski cəmiyyətdə "İncil"in oxunması niyə qadağan olunurdu? Bar­nabanın yazdığı "İncil"inin nəyi təhlükəli idi?

Məlumat verilir ki, İsa peyğəmbərin ölümündən çox keçməmiş xristian dünyasında "İncil" yazmaq yarışı başlandı. Hər monastırın rahibi öz "İncil"ini yazırdı. Sayı yüzlərə çatan və bir-birindən fərqli olan İncillərə  yeniləri əlavə olunur­du. Nəhayət, yazan katiblərin adıyla tanınan "İncil"lərin sayı о qədər artdı ki, axırda ali ruhani təbəqəsi buna qarşı tədbir görməyə məcbur oldu. 325-ci ildə İznikdə (o vaxtkı adı Nikeya-indi Türkiyə ərazisi) toplanan heyət Roma imperatoru I Konstantindən (285-377-ci illər) və əqidə etibarı ilə ona yaxın olan 300 ruhanidən ibarət idi. Uzun müddət davam edən müzakirələrdən sonra, о vaxta qədər yazılmış "İncil"lərdən 396-nın oxunması qadağan edildi. Qalan yalnız 4 "İncil" — Markın, Matveyin, Lukanın və İohannın "İncil"ləri xristianlığın rəsmi dini kitabı oldu. Göründüyü kimi, "incil"ləri yazanların arasında bir nəfər də erməni olmamışdır. Əlavə edək ki, həmin əsrlərdə haylar Hindistanda qaraçılıq edirdilər.

492-ci ildə Papa kürsüsünə seçilən I Kalasyus tərəfindən də qadağan edilən "İncil" İsanın Həvarilərinin ən sadiq tələbələrindən biri olan Bar­naba tərəfindən yazılmışdı və görünür, başqa kitablarda olmayan bəzi xüsusiyyətlərə malik idi. Beləliklə, qadağan olunmuş kitabların əksəriyyəti sürətlə yığışdırıldı, bir qismi isə dəhşətli cəzalardan qorxan xalq tərəfindən məhv edildi. Ancaq dindar rahib, təhlükələrə baxmayan Barna­ba "İncil"in bir nüsxəsini gizlədib saxladı. Sonradan bu kitab Vyanadakı İmperator Kitabxanasına aparıldı və burada İngilis dilinə tərcümə edildi.

Hazırda Ermənistanda rəsmi andiçmə mərasimində üzərinə əl basılan xristianlığa aid ən qədim bir "İncil" var. Kitab iki hissədən ibarətdir: “Müqəddəs Yevangeliya” və “Qoruyucu”. Ermənistanda Matenadaran və ya Mesrop Maştots adına İrəvan Əlyazmalar və Sənədlərin Qorunması və Tədris Mərkəzində tam məxfi seyfdə qorunur və qeydiyyat nömrəsi 10680-dır. Bu kitabı qorumaq üçün xüsusi mühafizə qrupu var və ona yalnız xüsusi icazəsi olan adamlar yaxınlaşa bilər. Bu günə qədər kitab açılmayıb və heç kim onun hansı dildə yazıldığını görməyib - təkcə erməni kilsəsinin baş katalikoslarından başqa. Onlar da bu sirri heç kəsə açmayıblar.

Maraqlıdır ki, bu kitabın nadir nüsxələrindən biri də V əsrdə Daşkəsən rayonunun Bayan kəndində hazırlanıb və uzun əsrlər burada gizli saxlanılıb. Məlumdur ki, Azərbaycandakı tarixi abidələrin müəyyən bir qismi albanlarla bağlıdır. Təxminən eramızın III-IV əsrlərində ölkə ərazisində inşa edilən kilsə və monastırlar ərəb yürüşləri nəticəsində dağıdılıb. Dağlara çəkilən xristian əhali VII-VIII əsrlərdə burada yenidən tikinti işləri aparıb. Tarixçilərin fikrincə, Daşkəsən rayonunun Bayan kəndi ərazisindəki 3 Alban məbədi də (Bayan monastırı, Çiçərvəng məbədi, Bayan kilsəsi) məhz bu tarixdən günümüzə qədər gəlib çatan abidələrdir. Məhz Bayan monastırı üçün hazırlanan bu qədim və nadir kitab V əsrdən 1625-ci ilə qədər burada saxlanılıb. Sonradan onun restavrasiya edilməsi lazım olub və bunun üçün Qüdsdən dəvət edilən mütəxəsislər kitabın burada qalmasını vacib hesab ediblər. Bayan kəndində saxlanılan bu qədim kitabın əfsanəsi o qədər yayılıb ki, Şərqin və Avropanın bir çox yerlərindən zəvvarlar Bayan kəndinə gəlirdilər. Buna səbəb həmin kitabın sağlamlıq gətirməsi, xəstə insanlara kömək etməsi barədə şayiələr idi. Bu kitab XIX əsrə qədər, Makar Barxudaryan adlanan yepiskopun bura gəlməsinə qədər qorunub saxlanılırdı. 1895-ci ildə o, təcili Eçmiədzin kilsəsinə məktub yazır ki, bu kitab mütləq ermənilərə verilməlidir.

1974-cü ildə Bayanda yaşayan Asi Qriqoryan adlı şəxs kitabı oğurlayıb Bakıya gətirir və onu Azərbaycanda erməni kilsəsinin katalikoslarından olan Vahan Teryana verir. O da öz növbəsində 1 yanvar 1975-ci ildə Azərbaycan xüsusi xidmət orqanlarının diqqətini cəlb etməmək üçün onu 1955-1994-cü illər arasında bütün ermənilərin katalikosu olmuş I Vazgenə (Levon Karaped Baljyan)  anasının xatirə günündə hədiyyə edir. I Vazgen qədim kitabı alır, açır, ancaq oxuya bilmir və həmin il  iyulun 25-də Matenadarana göndərir və tapşırıq verir ki, kitab heç zaman açılmasın, onun surətini erməni dilində yazsınlar və oxşarını hazırlasınlar. Hazırlanan surətə isə “Vexamor” adı verirlər. Bu ad I Vazgenin Buxarestdə müəllimə işləyən və 1974-cü ildə ölən anası Siranuş Palçyanın xatirəsini yaşatmaq üçün seçilir.

Hazırda Azərbaycan dövlətinə, xalqına və qədim Bayan monastırına məxsus bu qədim və nadir kitab Matenadaranda tam məxfi saxlanılır. Anadangəlmə fırıldaqçı və saxtakar olan haylar son illərdə ermənicə yazılan saxta kitabın surətini qonaqlara guya qədim milli mirasları kimi təqdim edirlər.

Bu qədim kitabın hansı dildə yazılması isə bu günə qədər gizli saxlanılır. Ancaq dünyada açılmayan sirr qalmır, nə zamansa əsl həqiqət üzə çıxacaq və böyük ehtimalla Qafqaz Albaniyasına məxsus Qarqarlardan olan Benyaminin 52 hərfdən ibarət hazırladığı əlifba ilə yazıldığı sübut ediləcək. Görünür, bu səbəbdəndir ki, haylar onu bir kimsəyə göstərmirlər. Axı, göstərsələr onda uydurduqları bütün saxtakarlıqları üzə çıxar. Əgər həmin "İncil" ermənicə yazılsaydı haylar onu çoxdan hamıya nümayiş etdirər, özlərinin qədim xalq olduqları iddialarını bütün dünyaya yayardılar. Əməlləri saleh olmadığına görə kitabı açmağı, albanlardan oğurluq etdiklərini pərdələmək üçün vərəqləməyi belə qadağan ediblər. Bu da mədəni sərvətlərimizin haylar tərəfindən daha bir oğurluğu. Yaddaşımızda möhkəm saxlayaq.