27 iyun 2024 02:29
165

Boliviyada hərbçilər hökumət binasının yaxınlığındakı meydanı mühasirəyə alıblar

Boliviyanın faktiki paytaxtı La-Pas şəhərində hərbçilər hökumət binasının qarşısındakı meydanı mühasirəyə alıblar.

“İki sahil” xəbər verir ki, bu barədə "El Deber" qəzeti məlumat yayıb.

Öz növbəsində Boliviya prezidenti Luis Arse hərbçilərə çağırış edib: “Biz Boliviya ordusunun bəzi hissələrinin qəribə hərəkətləri barədə məlumat veririk. Demokratiyaya hörmət edilməlidir”.

Boliviya hökuməti isə dövlət çevrilişinə cəhd xəbərləri fonunda beynəlxalq ictimaiyyəti ölkənin qanuni hakimiyyətinə dəstək verməyə çağırıb.