27 iyun 2024 17:09
166

Kürdəmirdə göldə bir nəfər batıb

Kürdəmir rayonunun Təklə kəndində göldə bir nəfər batıb.

“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə rayonun Təklə kəndində göldə bir nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Hazırda axtarış işləri həyata keçirilir.