02 iyul 2024 09:24
158

Ollongren: Hollandiya F-16-ları tezliklə Ukraynaya göndəriləcək

Tezliklə Hollandiya Ukraynaya 24 ədəd “F-16” qırıcısı göndərəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Niderlandın müdafiə naziri Kaysa Ollonqren Nazirlər Kabinetinin səlahiyyət müddəti başa çatan son iş günündə Nümayəndələr Palatasına ünvanladığı məktubda bildirib.

“F-16”ların tezliklə təhvil veriləcəyi bildirilsə də dəqiq tarix verilməyib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”