07 fevral 2025 11:13
86

Tramp ABŞ seçki komissiyasının sədrinə məktubu göndərib: İŞDƏN ÇIXARILMISINIZ!

Amerika Birləşmiş Ştatların Federal Seçki Komissiyasının (FEC) rəhbəri Ellen Vayntraub prezident Donald Trampdan işdən çıxarılması barədə məktub alıb.

“İki sahil” xəbər verir ki,  o, məktubun surətini X sosial şəbəkəsində dərc edib.

"Seçki komissiyasının üzvlərini dəyişdirməyin qanuni yolu var - bu belə deyil" - yazan Vayntraub tezliklə xidməti tərk etməyəcəyini vurğulayıb.

Bundan əvvəl Tramp keçmiş administrasiyadan mindən çox təyinatlı şəxsin işdən çıxarıldığını açıqlamışdı.