22 fevral 2025 08:35
120

Tramp Braunu vəzifəsindən azad edib

ABŞ prezidenti Donald Tramp Qərargah Rəisləri Komitəsinin sədri Çarlz Braunu qəfil istefaya göndərib və onun yerinə Hərbi Hava Qüvvələrinin istefada olan general-leytenantı Den Keyni namizəd göstərib.

İki sahil” xəbər verir ki, ABŞ prezidenti sosial media hesabında paylaşdığı açıqlamada Brauna xidmətinə görə təşəkkür edib: "General Brauna ölkəmizə 40+ illik xidmətinə, o cümlədən Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri kimi hazırkı roluna görə təşəkkür edirəm. O, centlmen və görkəmli liderdir. Ona və ailəsinə parlaq gələcək arzulayıram".

Məhərrəm Ağalaroğlu, “İki sahil”