Şensi əyaləti (ÇXR) 2025-ci ildə Çin-Avropa konteyner qatarlarının inkişafına 2,5 milyard yuan (344 milyon dollar) sərmayə qoyacaq.
“İki sahil” “Qazaxıstan Dəmir Yolu” SC-nin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu məsələ Şensi əyalətinin qubernatoru Çjao Qanq ilə SC-nin İdarə Heyətinin sədri Nurlan Sauranbayev arasında keçirilən görüşdə müzakirə edilib.
2025-ci ildə Qazaxıstan ərazisindən tranzitlə 3 min konteyner qatarının göndərilməsi planlaşdırılır.
Tərəflər, həmçinin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) ilə Çin-Avropa istiqamətində yubiley konteyner qatarının yola salınması mərasiminə hazırlıq məsələlərini və Qazaxıstan tərəfinin Sian şəhərində keçiriləcək iri beynəlxalq nəqliyyat və logistika forumlarında iştirakını müzakirə ediblər.