22 fevral 2025 09:37
108

Rusiyanın bu aeroportlarında uçuşlar qadağan olunub

Rusiyanın Kazan və Nijnekamsk şəhər hava limanlarında hava gəmilərinin enişi və uçuşuna müvəqqəti məhdudiyyətlər qoyulub.

“İki sahil” xəbər verir ki, bu haqda “Rosaviasiya”nın rəsmi nümayəndəsi Artyom Korenyako məlumat yayıb.

“Hava gəmilərinin ekipaj üzvləri, aviadispetçerlər və aeroport xidmətləri uçuşların təhlükəsizliyinin təmin olunması üçün lazımi ölçülər götürürlər - bu, başlıca prioritetdir”, - o bildirib.

Xatırladaq ki, bundan bir neçə gün əvvəl Rusiyanın Həştərxan, Vladiqafqaz, Volqoqrad, Qroznı, Kaluqa, Saratov və Ulyanovsk şəhər aeroportlarında təyyarələrin uçuş təhlükəsizliyi məqsədilə “Xalça” planı tətbiq olunmuşdu.