22 fevral 2025 10:24
118

Əl-Cəzirə: İsrail dağıntıları təmizləyən avadanlıqların Qəzzaya daxil olmasını əngəlləyir

İsrail hakimiyyəti ağır texnikanın Qəzza zolağına daxil olmasına mane olur.

“İki sahil” xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı Fələstin anklavının hökumətinə istinadən məlumat yayıb.

Bildirilib ki, İsrailin qadağası səbəbindən dağıntıların təmizlənməsi və ölənlərin cəsədlərinin çıxarılması üçün lazım olan 500-dən çox ağır texnika Qəzza zolağının girişində bloklanıb: Bu arada, on minlərlə fələstinli dağıntılar altında çoxlu ölü cəsədlərinin qaldığı şəhər və düşərgələrin xarabalıqları arasında yaşamağa məcburdur”.

Telekanalın məlumatına görə, sektorun səlahiyyətli orqanları dağıntıları təmizləmək üçün buldozerlərə və dağıntıları əzmək və cəsədləri çıxarmaq üçün avadanlıqlara ehtiyac duyurlar: ekskavatorlar, kranlar və yük maşınları.

Məhərrəm Ağalaroğlu, “İki sahil”